Qəzzada İsrailin təxminən üç il əvvəl həyata keçirdiyi hava zərbələri nəticəsində həlak olan Əl-Həssayna ailəsinin üzvləri üçün kütləvi dəfn mərasimi təşkil edilib.
Sitat.info xəbər verir ki, Fələstin rəsmilərinin məlumatına görə, 2023-cü il noyabrın 22-də Qəzza şəhərinin qədim Səbra məhəlləsində yaşayış binalarına endirilən hava zərbələri nəticəsində Əbu Şəriyə kimi də tanınan Əl-Həssayna nəslinin 308 üzvü həyatını itirib.
Həlak olanların təxminən yarısının cəsədi əvvəllər dağıntılar altından çıxarılaraq dəfn edilsə də, 153 nəfərin meyiti dağıntılar altında qalmışdı.
Təxminən üç il sonra 40 nəfərlik axtarış qrupu 17 gün ərzində dağıntıları araşdıraraq itkin düşənlərdən 112 nəfərin qalıqlarını tapıb.
Fələstin rəsmiləri bu mərasimi Qəzza müharibəsi dövrünün ən böyük kütləvi dəfni adlandırıblar. Dağıdılmış ərazidə keçirilən mərasimdə tabutlar küçələr boyunca çiyinlərdə daşınıb, həlak olan kişi, qadın və uşaqların fotoları nümayiş etdirilib.
Səid,
Sitat.info