Türkiyə 2025-2026-cı illər üçün fındıq ixrac mövsümünün ilk 11 ayında fındıq ixracından 2,4 milyard dollar qazanıb.
Sitat.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Assosiasiyasının yazılı açıqlamasında bildirilir ki, 1 sentyabr 2025-ci il ilə 31 iyul 2026-cı il tarixləri arasında xaricə 186.400 ton fındıq 2.4 milyard dollara satılıb.
Bəyanatda qeyd olunur ki, əvvəlki dövrdə 295.046 ton fındıq ixracından təxminən o qədər gəlir əldə edilib. İxrac azalsa da, gəlirin dəyişməməsinin səbəbi dünya bazarında məhsulun bahalaşmasıdır.
Səid,
Sitat.info