Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin 50 yaşı tamam olub.
Sitat.info xəbər verir ki, Əlibala Məhərrəmzadə 1976-cı il avqustun 9-da Qubada anadan olub. 2024-cü ildə 59 saylı Quba seçki dairəsindən Milli Məclisə deputat seçilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Mədəniyyət komitələrinin üzvüdür.
Əlibala Məhərrəmzadə ictimai-siyasi fəaliyyəti ilə yanaşı, milli tarix və mədəniyyətimizin təbliğinə xidmət edən bir sıra ekran əsərlərinin hazırlanmasında da yaxından iştirak edib. O, “Atabəylər: Şəmsəddin Eldəniz” tarixi çoxseriyalı bədii televiziya filminin baş prodüseri, “Ömrün Naxçıvan aşırımları” silsiləsindən “20 Yanvar”, “Müqavilə”, “Həmrəylik” sənədli filmlərinin prodüseri olub. Ulu öndər Heydər Əliyevə həsr edilmiş “Liderlik dərsi” sənədli filminin ssenari müəlliflərindən biridir.
Sitat.info olaraq Əlibala müəllimi 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətində uğurlar arzulayır.