Türkiyə süni intellekt sahəsində yeni mərhələyə keçir

10:50 18 Avqust 2026

Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Türkiyə Süni İntellekt Fəaliyyət Planı (2026–2030)” təsdiqlənib və “Rəsmi Qəzet”də dərc olunub.

Sitat.info xəbər verir ki, plana əsasən, süni intellekt üzrə ixtisaslı kadrların hazırlanması, məlumat və hesablama infrastrukturlarının gücləndirilməsi, dövlət və özəl sektorda süni intellektdən istifadənin genişləndirilməsi nəzərdə tutulur.

Sənəddə Türkiyənin süni intellekt sahəsində texnoloji müstəqilliyini və beynəlxalq rəqabət qabiliyyətini artırması, eyni zamanda etibarlı və etik süni intellekt ekosistemi yaratması hədəflənir.

Plan “Fərq et, faydalan, istehsal et və idarə et” prinsipləri üzərində qurulub.

Aytac,

Sitat.info



Xəbər xətti