Məşhur aktrisa vəfat etdi

21:33 18 Avqust 2026

Şotlandiyalı aktrisa Fillida Lou 94 yaşında dünyasını dəyişib.

Bu barədə "The Guardian" nəşri sənətçinin meneceri Ceki Leqqoya istinadən xəbər verib.

"O, ailəsinin əhatəsində, evində dinc şəkildə vəfat etdi", - deyə Leqqo bildirib.

Lou kinoda debütünü 1964-cü ildə "Məktəb oynayırıq" ("Play School") filmində edib. Onun filmoqrafiyasında 100-dən çox layihə yer alır. 1998-ci ildə aktrisa "Qış qonağı" filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktrisası" kateqoriyasında "Chlotrudis Awards" mükafatına namizəd göstərilib. 2014-cü ildə isə o, Britaniya İmperiyasının fəxri ordeninə layiq görülüb.

1957-ci ildə Lou ingilis aktyoru Erik Tompsonla ailə qurub. 1982-ci ildə həyat yoldaşı vəfat edib. Bu nikahdan onların iki qızı dünyaya gəlib: "Oskar" mükafatçısı aktrisa Emma Tompson və aktrisa Sofi Tompson. Onların hər ikisi "Harri Potter" franşizasında rol alıblar./Unikal/



Xəbər xətti