İran ABŞ və İsrailə dəstək verən ölkələrə xəbərdarlıq etdi

12:38 24 Avqust 2026

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ və İsrailə hərbi dəstək verən ölkələrə xəbərdarlıq edib.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Bəqayi mətbuat konfransında bildirib ki, İranın Bolqarıstan xalqı ilə də heç bir problemi yoxdur.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləmək məqsədilə digər ölkələrin hərbi bazalarından, qurğularından və avadanlıqlarından istifadə edilməsi beynəlxalq hüquqi baxımdan təcavüz aktı hesab olunur.

İran rəsmisi ABŞ və İsrailə öz ərazilərində baza, qurğu və avadanlıq verən digər ölkələrin də “lazımi tədbirləri görəcəyinə” ümid etdiyini bildirib.

Sözçü qeyd edib ki, heç bir ölkə öz ərazisini və imkanlarını İrana qarşı qanunsuz fəaliyyət üçün təcavüzkarlara təqdim etmədiyi halda narahatlıq üçün əsas yoxdur.

“Tehranın İslam Respublikasına qarşı hər hansı təcavüz aktının mənbəyini hədəfə almaq hüququ var. İran xalqını müdafiə etməkdə güzəştə getməyəcəyik”, – Bəqayi bildirib.

Aytac,

Sitat.info



Xəbər xətti