Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İranın Səudiyyə Ərəbistanı, Türkiyə vəPakistan arasında imzalanan Məkkə müdafiə sazişinə qoşulmaq üçün dəvət edilməsi barədə xəbərləri təkzib edib.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Bəqayi mətbuat konfransında bildirib ki, Tehran sözügedən sazişə qoşulmaq üçün rəsmi dəvət almayıb.
Onun sözlərinə görə, bununla belə, İranla regionda kollektiv təhlükəsizlik məsələsi üzrə danışıqlar aparılması ilə bağlı təkliflər irəli sürülüb.
Daha əvvəl İran parlamentinin informasiya agentliyinin rəhbəri Mehdi Rəhimi İranın Məkkə müdafiə sazişinə qoşulmasının təklif edildiyini bildirmişdi.
Aytac,
Sitat.info