"Atlas Group" korporativ sosial məsuliyyət prinsipləri çərçivəsində gənclərin təhsilinə, peşəkar inkişafına və praktiki biliklər qazanmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir. Bu istiqamətdə şirkət Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbələri üçün təşkil olunan GeoCamp yay düşərgəsinə dəstək göstərir.
GeoCamp tələbələrin universitetdə qazandıqları nəzəri bilikləri praktiki təcrübə ilə zənginləşdirməsinə, geologiya sahəsini daha yaxından öyrənməsinə, həmçinin gələcək peşə fəaliyyətləri üçün vacib bacarıqlar formalaşdırmasına xidmət edən təşəbbüsdür. 25-30 avqust tarixlərində BDU-nun Quba tədris-təcrübə və istirahət Mərkəzində təşkil olunan yay düşərgəsi eyni zamanda gənclər arasında komanda işi, bilik və təcrübə mübadiləsi, araşdırma və öyrənmə mədəniyyətinin təşviqinə töhfə verir.
"Atlas Group" hesab edir ki, ölkənin dayanıqlı inkişafında savadlı, peşəkar və müasir yanaşmalara sahib gənc mütəxəssislərin yetişməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə geologiya, dağ-mədən, mühəndislik və digər texniki istiqamətlər üzrə təhsil alan tələbələrin real iş mühiti və praktiki təcrübə ilə erkən mərhələdə tanış olması onların gələcək karyera inkişafına mühüm təsir göstərir və bu istiqamətlər üzrə fəaliyyət göstərən şirkətlər üçün savadlı kadrların daha əlçatan olmasına imkan yaradır.
Şirkətin GeoCamp layihəsinə dəstəyi də məhz bu yanaşmanın davamıdır. Atlas Group üçün korporativ sosial məsuliyyət yalnız ayrı-ayrı sosial təşəbbüslərə dəstək göstərmək deyil, eyni zamanda insan kapitalının inkişafına, təhsilə və gələcəyin mütəxəssislərinin formalaşmasına uzunmüddətli töhfə vermək deməkdir.
"Atlas Group" bundan sonra da gənclərin bilik və bacarıqlarının inkişafına, onların praktiki təcrübə imkanlarının genişləndirilməsinə və ölkə üçün peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edən təşəbbüsləri dəstəkləməyi qarşısına məqsəd qoyur.
Qeyd edək ki, Atlas Group sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri sayılan Atlas Copco, Epiroc, Deutz AG, Bauer kimi şirkətlərin Azərbaycanda rəsmi distribyutorudur. Şirkət həmçinin Airblast, Elcometer, Cedima və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.