Günəşdə növbəti güclü partlayış baş verdi 

17:39 25 Avqust 2026

Avqustun 25-də Günəşdə növbəti güclü partlayış olub.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Avqustun 25-də Moskva vaxtı ilə saat 13:02-də (Bakı vaxtı ilə saat 14:02 - red.) rentgen diapazonunda 4513 (N03E05) Günəş ləkəsi qrupunda 41 dəqiqə davam edən M7.0 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Bu partlayışdan əvvəl, avqustun 25-də eyni 4513 Günəş ləkəsi qrupunda daha üç M sinifli partlayış baş vermişdi.

Birincisi Moskva vaxtı ilə saat 04:26-da (Bakı vaxtı ilə saat 05:26 - red.) baş verib və M2.0 sinfi kimi təsnif edilib, ikincisi Moskva vaxtı ilə saat 07:02-də (Bakı vaxtı ilə saat 08:02 - red.) qeydə alınıb və M1.8 sinfinə çatıb. Üçüncü partlayış isə Moskva vaxtı ilə saat 09:40-da (Bakı vaxtı ilə saat 10:40 - red.) baş verib və həmçinin M1.8 sinfinə aid olub.



Xəbər xətti