Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini aldılar

18:10 25 Avqust 2026

Almaniya millisinin sabiq futbolçuları Tomas Müller, Mats Hummels və İsveçrə yığmasının qapıçısı Yan Zommerin də daxil olduğu investorlar qrupu Portuqaliyanın “Eştrela” klubunun səhmlərinin 90 faizini satın alıb.

Sitat.info xəbər verir ki, sövdələşmənin dəyəri 40 milyon avro təşkil edib. Bu, Portuqaliya futbolunda ictimai idman şirkəti ilə bağlı ən böyük satınalma kimi qiymətləndirilir.

“Eştrela”nın əvvəlki sahibi klubu 2020-ci ildə 72 000 avroya almışdı. Həmin vaxt komanda III divizionda çıxış edirdi.

Klub 2023/2024-cü illər mövsümündə ölkə çempionatının yüksək divizionuna qayıdıb. Bununla belə, “Eştrela”nın maliyyə vəziyyəti ağır olaraq qalır. Klubun borcunun 25 milyon avronu keçdiyi bildirilir.

Qeyd edək ki, Tomas Müller və Mats Hummels 2014-cü ildə Almaniya ilə dünya çempionu olublar. Yan Zommer isə “Bavariya” və “İnter”də çıxış edib, İsveçrə millisinin heyətində iki dünya və üç Avropa çempionatında mübarizə aparıb.



Xəbər xətti