"Tottenhem" "Mançester Siti"nin futbolçusunu transfer edib

18:50 25 Avqust 2026

İngiltərənin "Tottenhem" klubu "Mançester Siti"nin vinqeri Savinyonu heyətinə qatdığını açıqlayıb.
 
22 yaşlı braziliyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
 
Hücumçu karyerası ərzində Mançester təmsilçisi ilə yanaşı, ölkəsinin "Atletiko Mineyro", Fransanın "Trua", Niderlandın PSV, İspaniyanın "Jirona" komandalarında da çıxış edib.
 
Qeyd edək ki, Savinyo "Mançester Siti"də keçirdiyi 84 matçda 7 qol vurub, komandası ilə İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. Braziliya millisinin heyətində 13 oyuna çıxan vinger 1 qolla yadda qalıb.
 
"Transfermarkt" portalı futbolçunun qiymətini 35 milyon avro dəyərləndirir.
 
///report///



Xəbər xətti