Lənkəranda qadın övladı ilə görüşə gələn keçmiş ərini döyüb.
Sitat.info"lent.az”a istinadla xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.
Zərərçəkənin şikayəti əsasında N. Salamova saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.
Qadın ifadəsində iddia edib ki, uşaq özü də atası ilə görüşmək istəməyib. Zərərçəkən isə Nigarın övladı ilə görüşməyə maneə yaratdığını deyib. Mövsüm keçmiş arvadının qanuna uyğun qaydada cəzalandırılmasını tələb edib.
Məhkəmənin qərarı ilə Nigar Salamova 300 manat məbləğində inzibati qaydada cərimələnib.