Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

20:37 27 Avqust 2026

Bərdədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (qadın) saat 16:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
Sitat.info xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.
 
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
 
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.



Xəbər xətti