Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan məzun olan bacı-qardaş - İnci və Həmid Mursaquliyevlər yüksək nəticə göstərərək tələbə adını qazanıblar.
“Sitat.info” xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Həm də sinif yoldaşı olan İnci və Həmid Azərbaycan Tibb Universitetinin “Tibb” fakültəsinə qəbul olunublar.
İnci imtahanda 690,2 bal, Həmid isə 667 bal toplayıb.