Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib.
Sitat.info xəbər verir ki, universitetdən verilən məlumata görə, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.
Azərbaycan Universitetinə köçürülən 191 tələbənin ixtisaslar üzrə bölgüsü:
Coğrafiya müəllimliyi – 8 nəfər
Tarix müəllimliyi – 29 nəfər
Təhsildə sosial-psixoloji xidmət – 57 nəfər
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 29 nəfər
Tarix – 28 nəfər
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 40 nəfər
Odlar Yurdu Universitetinə köçürülən 175 tələbə üzrə isə:
İbtidai sinif müəllimliyi
Məktəbəqədər təhsil – 39 nəfər
Psixologiya – 35 nəfər
Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 31 nəfər
Riyaziyyat və informatika müəllimliyi
Xarici dil müəllimliyi (ingilis dili) – 41 nəfər
Filologiya (İngilis dili və ədəbiyyatı) – 29 nəfər
Magistratura üzrə isə 49 tələbənin köçürüldüyü göstərilir. Onların 49-u Pedaqogika ixtisası üzrədir.
Beləliklə, təqdim olunan sənədə əsasən Bakı Qızlar Universitetinin ümumilikdə 415 tələbəsi Azərbaycan Universiteti və Odlar Yurdu Universitetində təhsilini davam etdirəcək.
///Azxeber.com