SON DƏQİQƏ! Hörmüz boğazında yeni gərginlik: Cənubi Koreya hərbçi göndərə bilər

SON DƏQİQƏ! Hörmüz boğazında yeni gərginlik: Cənubi Koreya hərbçi göndərə bilər
HADİSƏ 14 Sentyabr 2026 12:24

Cənubi Koreya və ABŞ bu həftə müdafiə məsələləri ilə bağlı görüş keçirəcək.

Sitat.info "Əl-Cəzirə"yə  istinadən xəbər verir ki, görüşdə Cənubi Koreyanın Hörmüz boğazına hərbçilər göndərməsi məsələsinin müzakirə olunacağı gözlənilir.

ABŞ Cənubi Koreyadan boğazın təhlükəsizliyinin təmin olunmasına kömək etməsini istəyir.

Cənubi Koreya daha əvvəl vəziyyəti qiymətləndirmək üçün BƏƏ-yə nümayəndə heyəti göndərib.

Aytac,

Sitat.info