"Pensiya yaşının aşağı salınması real deyil"-Deputat 

\"Pensiya yaşının aşağı salınması real deyil\"-Deputat 
SOSİAL 01 Oktyabr 2026 18:04

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya yaşının aşağı salınması ilə bağlı müzakirələrə münasibət bildirib.

Sitat.info Ajans.az"-a istinadən xəbər verir ki, deputat qeyd edib ki, nəinki ölkəmizdə, dünyanın heç bir yerində pensiya yaşının azaldılması istiqamətində hər hansı meyl və ya tendensiya yoxdur.

Musa Quliyevin sözlərinə görə, orta ömür uzunluğunun artması və insanların sağlamlıq vəziyyəti onların daha uzun müddət aktiv əmək və həyat fəaliyyəti ilə məşğul olmasına imkan verir.

M. Quliyev vurğulayıb ki, pensiya yaşının dəyişdirilməsi təkcə kimsənin istəyindən asılı olan məsələ deyil:

"Pensiya yaşının aşağı salınması real deyil. Bu, Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığına birbaşa təsir edən məsələdir. Burada çoxlu parametrlər nəzərə alınmalı, ölçülüb-biçilməlidir. Demoqrafik, iqtisadi və sığorta göstəriciləri təhlil olunmalı, ən azı 30 illik perspektiv hesablanmalıdır. Çıxıb sadəcə pensiya yaşının aşağı salınmasını tələb etmək qeyri-ciddi yanaşmadır."