Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirsin! - ABŞ senatorları

Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirsin! - ABŞ senatorları
Dünya 08 Oktyabr 2026 10:31
Demokrat və Respublikaçı partiyalardan olan ABŞ senatorları Donald Tramp administrasiyasını dövlət başçısının imzaladığı qanunvericiliyə əsasən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Sitat.info xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yazıb. 

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat senator Jeanne Shaheen və respublikaçı senator Roger Wicker, dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessentə Moskvaya qarşı yeni məhdudiyyətlər tətbiq etməyə çağıran məktub göndəriblər.

"Xəzinədarlıq katibi Skott Bessent və dövlət katibi Marko Rubioya ünvanladıqları məktubda senatorlar bildiriblər ki, ABŞ Moskvanın neft daşımaq və ABŞ sanksiyalarından yayınmaq üçün istifadə etdiyi tankerlərin "kölgə donanması" ilə mübarizəni prioritetləşdirməlidir", - məqalədə deyilir.  

Mətn həmçinin Rusiyanın Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə kimi ölkələrdən idxal etdiyi iddia edilən ikili məqsədli texnologiyaların və qabaqcıl elektronikanın axınının dayandırılmasına çağırır.