Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Kadastr Komitəsi "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq bildirib.
"2010-2021-ci illərdə Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib", - məlumatda deyilir.
Komitə Azərbaycan vətəndaşlarının 2012, 2018, 2019-cu illərdə mənzil aldığını iddia edir. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyekt alınıb.
Erməni KİV-ləri qeyd edir ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.