Gömrük rüsumu və ƏDV-dən azadolmaların tətbiqi... - Vüqar Bayramov bahalaşma ilə mübarizə yollarını göstərdi

21:31 19 Dekabr 2022

Ölkədə qiymət artımı davam etdikcə, sosial narazılıq da güclənir. Hökumət hər dəfə bahalaşmanı, gedən inflyasiyanı kompensasiya etmək üçün  maaş, pensiya və digər sosial müavinətləri identifikasiya edir, eyni zamanda digər sosial artımlara imza atır. Lakin bu yenidən inflyasiyanın artmasını tətikləyən faktorua çevrilir. Ekspertlər isə hesab edir ki. qiymətləri tənzimləmək üçün ən effektiv yol  vergi və gömrük rüsumları ətrafında islahatların aparılmasıdır. Bəs görəsən,  konkret olaraq hansı istiqamətlərdə vergi və gömrük rüsumlarına düzəlişlər edilsə, qiymət artımının qarşısını alınar? 

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı alim, deputat Vüqar Bayramov bildirdi ki, inflyasiyanı kompensasiya etmək üçün hökumət müxtəlif addımlar atır: "Ümumiyyətlə inflyasiyanın yaratdığı  təsirlərin minimallaşdırılması ilə bağlı həm əmək haqqı və pensiyaların artırılması, eyni zamanda digər dolayı tədbirlərin genişləndirilməsi vacibdir.  2023-cü ilin dövlət büdcəsindən 15.2 mlrd manat vəya ümumi büdcə xərclərinin təxminən 46%-i sosial istiqamətə yönəldiləcək.  Bu həm pensiyaların artırılması, eyni zamanda digər sosial proqramlara daha çox vəsaitin ayrılması baxımdan vacibdir. Digər istiqamətlər, o cümlədən vergi güzəştlərinin, gömrükdə rüsumu və ƏDV-dən azadolmaların tətbiqi də praktik olaraq indiki halda əsas istiqamətlərdəndir". 

V.Bayramov differensial vergi tətbiqinin vacibliyindən danışdı: "Sözsüz ki, bizim təklifimiz əlavə dəyər vergisi üzrə diferensial vergilərin tətbiq edilməsi, eyni zamanda dəyər zəncirinə uyğun olaraq vergi güzəştlərin tətbiq edilməsi ilə bağlıdır. Çünki aqrar sektorda vergi güzəştləri var, amma aqrar emaledici sektorda bu güzəştlər tam olaraq tətbiq olunmur. Nəticədə dəyər zənciri güzəştlərdən tam olaraq istifadə edə bilmir. Ona görə də, vergi güzəştləri dairəsinin genişləndirilməsi, bir sıra ərzaq məhsullarının istehsalı ilə məşğul olanlar üçün, həm aşağı faizli kreditlərin həcminin artırılması, subsidiya mexanizminin genişləndirilməsi vacibdir.  Bu istiqamətdə addımların davam etdirilməsi təqdirəlayiqdir. Buna uygun olaraq qeyd etdiyimiz istiqamətdə addımların atılmasını da təklif edirik".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti