Qəribə olay! Türkiyədə tikinti səhvlərinə görə həbsinə qərar verilən iki MTK rəhbərinin zəlzələdə öldüyü ortaya çıxıb

18:26 16 Fevral 2023

Zəlzələ zamanı Diyarbəkirdə dağılan binalarla bağlı "tikinti qüsurları və sütunların kəsilməsi" iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində barəsində həbs qərarı çıxarılan 2 podratçının həyatını itirdiyi müəyyən edilib.

Sitat.info xəbər verir ki, ümumilikdə Diyarbəkirdə istintaq çərçivəsində binaların sökülməsində təqsirli olmaqda şübhəli bilinən 67 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

Prokurorlar sözügedən binaların qaydalara zidd tikildiyi, lisenziyasının olmadığı, qanunsuz döşəmələrin olduğu, sütunlarının kəsildiyi, divarlarının söküldüyü, binalarda əlavə qapıların açıldığı və binanın statik quruluşuna təsir edəcək şəkildə təmir edildiyi ilə bağlı iddiaları diqqətlə araşdırır.

Bütün şikayətlər diqqətlə araşdırılıb və araşdırma səhlənkarlıq edən şəxslərin müəyyən edilməsinə çalışılıb.

 İstintaqda zəlzələ ilə bağlı həbs qərarı çıxarılan 67 nəfərdən 2-nin Dündar məhəlləsində dağıntılar altında həyatını itirdiyi müəyyən edilib.

Bu iki binanın uçma səbəbinin də onların tikintisi, yoxsa sonradan edilən müdaxilələrlə bağlı olduğu araşdırılır.
 

Nərgiz,

Sitat.info



Xəbər xətti