Olimpiya çempionuna vəzifə verildi

13:35 8 İyul 2023

Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.

Sitat.info xəbər verir ki, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.

O, qızlardan ibarət U-17 və U-20 millilərimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib.

Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.



Xəbər xətti