Bu, Rusiya-ABŞ savaşına gətirib çıxaracaq - Kelli

09:20 25 Sentyabr 2023

Qərbin Ukraynaya yardımının dayandırılması onun məğlubiyyəti ilə nəticələnəcək və bu, bir-iki ildən sonra ABŞ-Rusiya arasında arzuolunmaz birbaşa münaqişə vəziyyətinə gətirib çıxara bilər.

Sitat.info xəbər verir ki, bunu amerikalı senator Mark Kelli deyib.

"Dayansa, uduzacaqlar, Putin isə qalib gələcək. Əgər indi öhdəsindən gəlməsək, bir, ya da iki ildən sonra bizimlə ruslar arasında birbaşa qarşıdurmanın mümkün olduğu bir vəziyyətə düşə bilərik. Biz bunu istəmirik", - o bildirib.



Xəbər xətti