"Sədərək" ticarət mərkəzi Zəfər gününə hazırlaşır: VİDEOMÜSAHİBƏ

15:48 7 Noyabr 2023

Bir neçə ay öncə intensiv yağan yağış səbəbindən "Sədərək" ticarət mərkəzi sel suları altında qalmışdı. 200-ə yaxın sahibkara maddi ziyan dəymişdi.
Bu hadisədən sonra ticarət mərkəzində xeyli işlər görülüb.
Sitat.info-nun əməkdaşı "Sədərək" ticarət mərkəzinə baş çəkib, vəziyyətlə maraqlanıb.
Öyrəndik ki, ticarət mərkəzinin yaxınlığında bir neçə su quyusu qazılıb, ticarət mərkəzinə irihəcmli boru xətləri çəkilib, nasosxanalar qurulub.
Bununla yanaşı ticarət mərkəzinin girişində "Şəhidlər parkı"da diqqətimizi çəkdi.

Təxminən 20 sota yaxın ərazidə yaşıllaşdırma işləri aparılıb, şəhidlərin lövhələri qoyulub. Hətta bir neçəsinə abidə də ucaldılıb.
Daha ətrafli ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimlə həmsöhbət olduq, videomüsahibə aldıq.

Həmin videomüsahibəni təqdim edir: 

Məğrur Salmanov, 

Sitat.info




Xəbər xətti