Cüdoçumuz Okeaniya turnirində qızıl medal qazandı

15:00 11 Noyabr 2023

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.

Sitat.info xəbər verir ki,90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.

Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.



Xəbər xətti