İsraildə Netanyahunun istefası tələb edilir

23:31 16 Noyabr 2023

“Times of Israel”in məlumatına görə, İsrailin ən böyük müxalifət partiyasının lideri Yair Lapid hökumətin HƏMAS-a qarşı müharibəni pis idarə etdiyi səbəbilə baş nazir Benyamin Netanyahunu istefaya çağırıb.

Sitat.info xəbər verir ki, o ölkənin Netanyahunun partiyası Likud tərəfindən idarə oluna biləcəyini, ancaq baş nazirin getməsini istədiyini söylədi.

Lapid, İsrail mediasına verdiyi açıqlamaların ardından sosial media platforması paylaşımında bu sözləri qeyd edib: “Səsləri eşidirəm. İndi vaxt deyil deyirlər. Ancaq 40 gün gözlədik, artıq vaxtımız yoxdur. İndi bizə lazım olan, təhlükəsizlik və iqtisadiyyatdan başqa heç nə ilə maraqlanmayan bir hökumətdir."

Lapid Netanyahunun bir siyasi rəqibidir. Benni Qantzdan fərqli olaraq, o, oktyabrın 7-dən sonra yaradılan müharibə ilə bağlı fövqəladə kabinetə daxil olmayıb.

Ayna,

Aitat.info



Xəbər xətti