Şenol Günəşdən millimizlə bağlı açıqlama

15:38 7 Dekabr 2023

Azərbaycan millisində işləməkdən qürur duyaram.

Sitat.info xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatına açıqlamasında bildirib.

71 yaşlı mütəxəssis müvafiq şəxslərdən ona təklif gəldiyini söyləyib:

"Rəsmi dəvəti gözləyirəm, oturub ətraflı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir".

Qeyd edək ki, ötən gün AFFA-nın Ş.Günəşlə danışıqlara başlaması barədə məlumat yayılmışdı.

//Axar.az



Xəbər xətti