Bu rayonda suyun verilməsi məhdudlaşacaq

13:15 9 Dekabr 2023

Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Sitat.info xəbər verir ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.



Xəbər xətti