"Arsenal"ın futbolçusu ötən ilin ən yaxşı müdafiəçisi seçilib

12:40 3 Yanvar 2024

2023-cü ilin ən yaxşı müdafiəçiləri açıqlanıb.

Sitat.info xəbər verir ki, "S90" nəşrinin versiyasına əsasən, birinci sırada İngiltərənin "Arsenal" klubunun və Fransa millisinin futbolçusu Uilyam Saliba qərarlaşıb.

"Mançester Siti"dən Kayl Uolker ikinci, onun komanda yoldaşı Ruben Diaş üçüncü olub.

"Liverpul"dan Vircil Van Deyk dördüncü, İtaliyanın "İnter" klubundan Federiko Dimarko beşinci, Almaniya çempionu "Bavariya"dan Kim Min Ce altıncı, Fransa təmsilçisi PSJ-dən Əşrəf Hakimi yeddinci pillədədir.

"10-luğ"u "Liverpul"dan Trent Aleksander-Arnold, "Bavariya"dan Alfonso Deyvis və İspaniyanın "Barselona" komandasından Ronald Arauxo tamamlayır.



Xəbər xətti