“Orlando” klubu əfsanəvi basketbolçunun geyindiyi formanı istifadədən çıxaracaq

13:10 5 Yanvar 2024

ABŞ-nin “Orlando” komandası əfsanəvi basketbolçu Şakil O'Nilin geyindiyi 32 nömrəli formanı istifadədən çıxaracaq.

Sitat.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 14-nə keçən gecə bununla bağlı təntənəli mərasim təşkil olunacaq.

“Orlando” həmin gün doğma meydanda “Oklahoma” ilə qarşılaşacaq. O'Nil klub tarixində forması istifadədən çıxarılan ilk basketbolçu olacaq.

1992-1996-cı illərdə “Orlando”nun formasını geyinən 51 yaşlı sabiq basketbolçu karyerası ərzində 4 dəfə NBA çempionu olub. O, həmçinin “Leykers”, “Mayami”, “Finiks”, “Klivlend” və “Boston” klublarında da çıxış edib.

Qeyd edək ki, Şakil O'Nilin “Mayami” və “Leykers” komandalarında geyindiyi formalar daha əvvəl istifadədən çıxarılıb.



Xəbər xətti