Dördqat dünya çempionu vəfat etdi

09:25 6 Yanvar 2024

Məşhur braziliyalı sabiq futbolçu və məşqçi Mario Zaqallo 93 yaşında vəfat edib.

Sitat.info-nun məlumatına görə, bu barədə məlumat onun rəsmi "Instagram" səhifəsində yerləşdirilib.

"Əbədi dünya çempionumuz Mario Xorxe Lobo Zaqallonun vəfatını böyük təəssüf hissi ilə bildiririk. Fədakar ata, mehriban baba, qayğıkeş qayınata, sadiq dost, qalib olan peşəkar və böyük insan", - deyə paylaşımda bildirilib.

Braziliyalı sabiq futolçu yeganə şəxsdir ki, müxtəlif vəzifələrdə dörd dəfə Dünya Kubokunu qazanıb: iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970) və bir dəfə köməkçi məşqçi (1994) vəzifəsində.



Xəbər xətti