İngiltərə klubu Xorvatiya millisinin üzvü ilə vidalaşacaq

12:05 6 Yanvar 2024

İngiltərənin “Tottenhem" klubu Xorvatiya millisinin üzvü İvan Perişiç ilə vidalaşacaq.

Sitat.info xəbər verir ki, bu barədə “ITASportPress” agentliyinə açıqlamasında komandanın baş məşqçisi Angelos Postekoqlu bildirib.

“O, çox çalışır. Yığmanın qarşıdan gələn oyunları ilə əlaqədar tez bir zamanda meydana qayıtmaq istəyir. Onun təcrübəsi bizim üçün vacib idi, lakin düşünürəm ki, əməkdaşlığı davam etdirə bilməyəcəyik”, - avstraliyalı mütəxəssis deyib.

Qeyd edək ki, 35 yaşlı xorvatiyalı yarımmüdafiəçi 2022-ci ildən "Tottenhem"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.



Xəbər xətti