Yeniyetmə həndbolçu oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışına start verilib.
Sitat.info-nun məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində keçirilən çempionatda 2008-ci il və ondan kiçik təvəllüdlülər mübarizə aparırlar.
Turnirdə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astaradan olan komandalar qüvvələrini sınayırlar. İlk oyun günündə iki qrup üzrə keçirilən 6 görüşdə qeydə alınan nəticələr belədir: “Lənkəran” - “Astara” 8:1, “Cəlilabad” - “Masallı” 17:1, “Astara” - “Lerik” 4:4, “Cəlilabad” - “Yardımlı” 16:1, “Masallı” - “Yardımlı” 10:2, “Lənkəran” - “Lerik” 12:7.
Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyunda Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.