“Neftçi” bu gün Türkiyədə ilk yoxlama oyununu keçirəcək

12:35 6 Yanvar 2024

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

Sitat.info xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Erzurumspor” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.

Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.



Xəbər xətti