EEVZA: Azərbaycan millisi bu gün sonuncu oyununu keçirəcək

09:50 7 Yanvar 2024

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün sonuncu oyununa çıxacaq.

Sitat.info xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.



Xəbər xətti