İtaliya yığmasının ulduz futbolçusu Mario Balotellinin meneceri Enzo Rayola futbolçunun Azərbaycandan təklif aldığını bildirib.
Sitat.info xəbər verir ki, o, Türkiyənin “Adana Demirspor” klubunda çıxış edən forvarda çox dəvətlər gəldiyini bildirib:
“Balotelli üçün çox zənglər gəlir. İtaliyaya dönmək istəsə də, Çindən, İsraildən, Azərbaycandan, Argentinadan və Braziliyadan təkliflər var”.