Bakıda daha bir elektrik mühərrikli avtobus - VİDEO

15:00 26 Yanvar 2024

Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Bakı Bus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva məlumat yayıb.

“Elektrik avtobusu hazırda “Bakı Bus”ın istismarında olan 11 nömrəli marşrut xəttində, İ.Əbilov-Dəmiryol vağzalı istiqamətində fəaliyyət göstərir”, – qeyd edilib.

İlk belə avtobus sentyabrda “20-ci sahə”-“Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edən 5 nömrəli marşrut xətti üzrə hərəkət edib.

Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılmışdır. Elektrik avtobusu hazırda “BakuBus”-ın... Posted by Esmer Eliyeva on Thursday, January 25, 2024



Xəbər xətti