Yasamalda qaz xəttində qəza: texnika cəlb olundu

14:30 27 Yanvar 2024

Bakının Yasamal rayonunda baş verən Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verən qəza nəticələri aradan qaldırılır.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildrilib ki, dərhal yaranan problemlə bağlı İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub.

"Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək" - məlumatda deyilir.



Xəbər xətti