Ramana "plyajı": Vətəndaş şikayəti: VİDEO

13:40 29 Yanvar 2024

Sabunçu rayonu, Ramana qəsəbəsi, "Südçülük" adlnan ərazinin yolları bərbad durumdadır. Hər dəfə yağış yağanda yollar keçilməz olur.

Qəsəbənin əsas magistral yolun vəziyyəti acınacaqlı vəziyyətdədir. Kanalizasiya xətləri olmadığından yağış suları yollarda iri gölməçələr yaradır.

Məsələnin işıqlandırılması üçün qəsəbə sakinləri video çəkərək, sitat.info-ya göndəriblər.

Bildirirlər ki, hər dəfə yağış yağanda iri gölmçələ yaranır və yolları keçilməz olur.

Bu problemlə bağlı aidiyyatı qurumları məlumatlandırsalar da, heç bir nəticəsi olmayıb.

Qəsəbə sakini Rasim Məmmədov bildirdi ki,bu cür durum nəqliyyatın da hərəkətinə mane olur, avtomobilləri isə sıradan çıxarır:

"Bilirsiniz ki, yollar çala-çuxurdur. Yağış yağanda gölməçələr yaranır, həmin çuxurlar dolur. Avtomobillər keçən zaman bu çuxurlara düşür, nəticədə bizə maddi ziyan dəyir. 

Piyadaları işi isə daha çətindir. Gölməçənin içi ilə hərəkət edirlər. Normal bir səki də yoxdur ki, üzəri ilə hərəkət edələr".

Həmin videonu təqdim edirik:

Məğrur,

Sitat.info



Xəbər xətti