AMB bu banka məcburi göstəriş verdi

19:30 21 Fevral 2024

Azərbaycan Mərkəzi Bankı (AMB) Azər-Türk Bank ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verib.

Sitat.info xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, bu addım filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində tənzimləyici quruma yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” qanunun 11.2-1 bəndi ilə müəyyən edilmiş tələbə vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.



Xəbər xətti