Biləsuvar rayonunda 9 ildir fəaliyyət göstərən "Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyi qadınlar, xüsusilə sosial dəstəyə ehtiyacı olanlarla bağlı layihələri uğurla həyata keçirir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycanda İnnovasiya Əsaslı və Dayanıqlı Vətəndaş Cəmiyyətinin İnkişafı lahiyəsi çərçivəsində icra edilən "Su qıtlığından əziyyət çəkən həssas qrupların yeni təsərrüfat sahəsi vərdişlərinə yiyələnmə və iqtisadi güclənmə" təşəbbüsü Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Biləsuvar rayonu ərazisində uğurla davam edir.
Biləsuvarda 2023-cü ilin fevral ayından start götürən layihə uğurla başa çatdı. İctimai Birlik tərəfindən geniş ərazidə 42000 ağacın əkini aparılmışdır. Yeni layihə əsasında yaşıllıq zolağının salınmasında məqsəd Biləsuvar rayonu ərazisində baramaçılıq təsərrüfatlarının yaradılmasıdır. Adından məlum olduğu kimi, layihənin əsas məqsədi su qıtlığından əziyyət çəkən region insanını mövcud xammaldan istifadə edərək iqtisadi güclənməsini təmin etmək, yeni vərdişlərinə yiyələndirməkdir.
Həmçinin layihədə ekoloji faydalılıq prioritet istiqamət kimi nəzərdə tutulmuşdur. Odur ki, apardığımız araşdırmalar tut ağacının susuzluğa dözümlüyü, ən əsası da baramaçılıqda xammal yem bazası olmasını nəzərə alıb bu layihəyə start verdik. Məlumat üçün bildirim ki, məişət tullantılarında təmizlənmiş , əkilən ağacların ümumi 5 ha ərazisi Biləsuvar şəhərində və rayonun 6 kəndində ( Xırmandalı, Bəydili, Amankənd, Dövrüşlü , Səmədabad və Əsgərabad) yerləşir. Bu ərazilərdə ağaclar əkilərkən su hövzələrinə yaxın olması , suyun olmayacağı təqdirdə ehtiyat mənbələri hesabına nece suvarılacağı müzakirə olunmuşdur.
Artıq bu ərazilərdə əkilən 42000 ağac göz oxşayır. Ağacların ayrılmasında layihəyə yaxından dəstək olan əsas tərəfdaş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyidir. Əlbəttə, 5 ha ərazidə 42000 tut tinginin yerinin hazırlanmasını biz təkbaşına edə bilməzdik. Biləsuvar Rayon İcra Hakimiyyətinin bizə yaxından mənəvi dəstəyi bizə bu işimizi uğurla reallaşdırmağa imkan verdi.
Sitat.info