Facebook sosial şəbəkəsində "Fəridə Qasım" adlı istifadəçi "Kontakt Home" elektronika mağazasından şikayət edib.
Sitat.info xəbər verir ki, şikayətdə mağazanın Xalqlar dostluğu filialından alınmış televizorun çatdırılma zamanı qırıq və istifadəyə yararsız halda gətirildiyi iddia olunub.
Belə ki, məhsulunalan şəxs çatdırılma zamanı evdə göstərilən ünvanda olmadığından məhsulu qaynanası təhvil alıb və məhsulda olan zədənın fərqinə varmayıb. Alıcı bununla bağlı məhsulu aldığı mağazaya müraciət etdikdə isə onu məhsula özünün zərər verməsi ilə ittiham ediblər.
Qeyd edək ki, sözügedən məhsulun çatdırılması göstərilən tarixdən 6 gün gecikmə ilə baş tutub.