Ramin Bayramlı istefa verdi

14:57 12 Sentyabr 2021

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

Sitat.info xəbər verir ki, bununla bağlı o özünün Tvitter hesabında yazıb.

“Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.

Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, - Bayramlı qeyd edib.



Xəbər xətti