İtalyan memar, professor Nikola Ruqqieronun Bakıda seminarı təşkil olunub- FOTOLAR

16:58 9 Aprel 2024

9 aprel 2024-cü il tarixində “ATMİA İnşaat həftəsi” çərçivəsində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) italyan memar və professor, Genuya Memarlar Assosiasiyasının üzvü Nikola Ruggieronun sahibkarlar və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yuxarı kurs tələbələri üçün seminarı təşkil olunub. AzMİU və İtaliya Ticarət Agentliyinin dəstəyi, Azərbaycan İnşaat Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA)  təşkilatçılığı, “Matanat A” Şirkətlər Qrupunun baş sponsorluğu və MİRVANA dekorativ boyalarının sponsorluğu ilə təşkil edilən tədbir inşaat və memarlıq sahələrinin peşəkarlarının və tələbələrinin diqqətini cəlb edib.

Sitat.info xəbər verir ki, ATMİA-nın Baş Katibi Şahanə Sarı öz çıxışında AzMİU və İtaliya Ticarət Agentliyi, eləcə də 25 illik tarixə malik “Matanat A” şirkətlər qrupu və italyan texnologiyası ilə istehsal edilən Mirvana dekorativ boyalarına layihədə göstərdiyi təşkilati dəstək üçün təşəkkür edib.

Sitat.info




Xəbər xətti