Azərbaycan neftinin qiyməti ucuzlaşdı

10:45 11 Aprel 2024

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0,82 ABŞ dolları və ya 0,88% azalaraq 92.26 dollar təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 



Xəbər xətti