Dünyanın sonunu hansı gətirəcək: İqlim böhranı, yoxsa süni intellekt?

14:21 11 Aprel 2024

İqlim böhranının yaratdığı təbii fəlakətlər və süni intellektin sürətli inkişafı elm aləmində də narahatlıq yaradır. Yaxın gələcəklə bağlı narahatlıqlarını dilə gətirən alimlərin fikrincə, süni intellektin riskləri və iqlim böhranı azalmasa, qiyamət ssenariləri uzaqda deyil!
İqlim böhranı və ya süni intellekt dünyanın sonunu gətirəcəkmi? Elm adamları son günlər bu suala cavab axtararkən, qiyamət ssenariləri narahatlıqları artırdı. Müzakirələri alovlandıran ən mühüm hadisələrdən biri Ümumdünya Meteorologiya Təşkilatının dərc etdiyi son “Qlobal İqlim Hesabatının Statusu”dur. 2023-cü ilin tarixdə ən isti il ​​olduğunu ortaya qoyan hesabat elm aləmində qorxulara səbəb olur və süni intellektdəki sürətli inkişafın da eyni dərəcədə narahatlıq doğurduğu bildirilir.
Türkiyəli professor Levent Kurnaz, iqlim böhranı süni zəka ilə həll edilə bilərmi  sualına  belə cavab verib: "İqlim böhranının süni intellektlə birbaşa əlaqəsi yoxdur. Bununla belə, süni intellekt iqlim dəyişikliyinin gətirəcəyi problemləri proqnozlaşdırmaq və həll yolları istehsal etmək üçün faydalı ola bilər. Önəmli olan süni intellektdən necə istifadə edəcəyimizdir. İqlim böhranının necə həll edilməli olduğunu bilirik, lakin həll yollarını həyata keçirmək bizim işimizdir".

Digər türkiyəli professor Mustafa Sarının düşüncələri isə belədir: "Bütün dənizlərdə dəniz suyunun temperaturu artır. Elm adamlarının üzərinə böyük vəzifələr düşür. Biz iqlim böhranını süni intellektlə həll edəcəyik desək,  elə təsəvvür yaranar ki, bu qədər narahat olmağa ehtiyac yoxdur. Biz təbiətlə birtərəfli maraqlar üzərindən əlaqə mqurmuşuq. Biz dənizləri yalnız istismar ediləcək və tullantılarımızı göndərəcəyimiz yer kimi görürük. Biz meşələri kəsmək və faydalı qazıntıları çıxarmaq üçün yer kimi görürük. Birtərəfli yanaşma bu gün yaşanan ekoloji problemlərin qaynağıdır. İnsanlar dünyanın sonu ilə bağlı narahatdırlarsa, bu, süni intellektdən və ya iqlimdən əvvəl təbiətlə münasibətlərini həll etməlidir". 

Professor Ali Murat Kırık qeyd edib ki, həm süni intellekt, həm də iqlim böhranı dünyanın sonunu gətirə biləcək potensial risklərə malikdir: "Süni intellektin potensial riskləri var - nəzarətsiz şəkildə irəliləmək və insanlığa qarşı yönəlmək, mənəvi dəyərləri məhv etmək və kütləvi işsizliyə səbəb olmaq. İqlimlə bağlı potensial risklər  dünyanın həddən artıq istiləşməsi, dəniz səviyyəsinin qalxması və kütləvi yox olmalardır. Süni intellekt məlumatların təhlili, proqnoz modelləri və enerji səmərəliliyi kimi sahələrdə iqlim böhranının həllinə töhfə verə bilər". 

Bir tərəfdə qlobal iqlim dəyişikliyi, artan meteoroloji hadisələr və quraqlıq riski, digər tərəfdən, süni intellekt texnologiyasının insan varlığını az qala arxa plana keçirməsi yaxın perspektivdə ən böyük təhlükə kimi qəbul edilir.
Məğrur,

Sitat.info



Xəbər xətti