"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına regional və qlobal səviyyədə baxsaq görərik ki, yeni nəsil dünya müharibəsi gedir. Bu savaşın əsas özəlliyi odur ki, yumşaq güc elementlərindən daha çox istifadə olunur. Bu yetərli nəticəyə nail olmağa imkan vermədikdə xüsusi əməliyyatlardan istifadə olunur. Bu da siyasi məqsədələrə nail olmağa imkan vermədikdə , yalnız ondan sonra klassik müharibələr baş verir. Öncə lokal müharibə başlayır, sonra isə daha genişmiqyaslı. Hazırda yeni nəsil dünya müharibəsinin ayrı-ayrı cəbhələri var. Avropa istiqamətində Ukrayna cəbhəsi var, Yaxın Şərq istiqamətində İsrail- Fələstin, İsrail -İran münaqişəsi var və onun müxtəlif qolları - Livan, İraq, Suriya, Yəmən istiqamətində cəbhələri var. Afraika cəbhəsi var ki, hələlik çox da gözə çarpmır. Dördüncü bir istiqamətin- cənub istiqamətinin açılması gündəmdədir. Bu İran və İŞİD məsələsi ilə bağlıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.
O qeyd edib ki. regional səviyyədə baş verənlər də önəmlidir: " Regional səviyyədə 11-12 iyul 2022-ci il NATO-nun Vilnüs sammitində çox önəmli qərarlar qəbul olundu, ilk dəfə olaraq soyuq müharibədən sonra NATO Rusiyadan 4400 səhifıəlik müdafiə planını qəbul etdi. Burada cənub istiqamətində müdafiəyə rəhbərlik Türkiyəyə həvalə olunurdu. Bu Qara dəniz, Qafqaz və Mərkəzi Asiya istiqaməti demək idi. Bundan sonra Ərdoğanın "Rusiya sülhməramlıları Qarabağı zamanında tərk edəcəklər " açılqlaması təsadüfi deyildi. Rusiya da bunu bilir ki, Cənub istiqamətində NATO lideri Türkiyədir. Türkiyənin quru qoşunları NATO-nun Amerikadan sonra ikinci qüvvələri hesab olunur. Bunun ardınca 19-20 sentyabvr 2023-cü ildə Azərbaycanın anti-terror əməliyyatları baş verdi və Qarabağ erməniləri vəziyyəti başa düşüb özləri bu əraziləri tərk etdilər. Qarabağ məsələsi kimi tarixi problem həll olundu".
S.Əkbərin fikrincə. Rusiyanın da planı bu idi ki, bu məğlubiyyətdən sonra Ermənistanda vəziyyət qarışacaq, qaçqınlar da katalizator rolunu oynayacaqlar və hakimiyyət dəyişikliyi olacaq: " Bundan sonra Qərbin də dəstəyi ilə ermənilər oraya qaytarılacaq. Necə ki, İkinci Qarabağ savaşından sonra 53 min ermənini qaytardılar. Mart ayında Krokus Siti Holl-da baş verən partlayış isə Rusiyaya böyük zərbə oldu və hələ də Kreml bunun İŞİD tərəfindən törədildiyini boynuna almaq istəmir. Əgər bunu təsdiqləsə bu Cənub cəbhəsinin açılması deməkdir. Əfqanıstan- Mərkəzi Asiya xətti, Şimali Qafqaz xətti açılır. Rusiya daxilində türk-müsəlman faktoru işə düşür. Millətlərarası, dinlərarası münaqişə potensialı açılmağa hazır hala gəlir".
Politoloq hesab edir ki. önəmli bir məqam da regional miqyasda Türkiyənin və Azərbaycanın rolu məsələsidir: " Qara Dəniz və Cənubi Qafqaz və Şimali Qafqazda Türkiyə hansı rolu oynaya bilər. Rusiya bunları anlayır, bu potensialı görür, istəməsə də məcburi bu addımları atır. İran məsələsinin beynəlxalq gündəmə gəlməsi regional faktoru Rusiya üçün daha da aktuallaşdırdı. Rusiya regional qalaqurma əməliyyatına başlayıb və 3+3 formulunun əhəmiyyəti artıb. Burada Rusiya da, Türkiyə də, Azərbaycan da , İran da, hətta formal olaraq Gürcüstan və Errmənistan da maraqlıdır. Regional güclər artıq kənar güclərin müdaxiləsini istəmirlər".
Nərgiz,
Sitat.info