“Qarabağ” “Zirə”ni məğlub etdi

21:49 11 May 2024

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Sitat.info  xəbər verir ki, bu gün iki oyun baş tutub.

Günün sonuncu oyunu “Zirə” ilə “Qarabağ” arasında keçirilib. Bu oyunda Ağdam təmsilçisi minimal hesabla qalib gəlib.

Daha öncə “Neftçi” “Kəpəz”ə 5:1, “Turan Tovuz” isə “Araz-Naxçıvan”a 1:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları ilə yekun vurulacaq.

Premyer Liqa
34-cü tur
11 may

“Zirə” – “Qarabağ” 0:1
Qol: Olavio Juninyo, 34-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Zirə İdman Kompleksi stadionu, 19:30.



Xəbər xətti