Azərbaycanda azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb.
Sitat.info Oxu.az-a istinadla bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, hadisə Qobustanda baş verib.
Turqut adlı azyaşlının çipsidən zəhərlənərək öldüyü iddia olunur.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq. AQTA-dan cavab olaraq araşdırma başladıldığı bildirilib:
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".