Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün tədbir keçirilib

15:08 10 İyun 2024

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB təşkilatçılığı ilə “Nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə iş” adlı layihəyə start verildi.

Layihə inkluziv olduğu üçün Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2nömrəli xüsusi internat məktəbinin nitq və eşitmə qabiliyyəti məhdud gəncləri ilə 2nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin şagirdləri təlimlərdə iştirak edir. Təşkilatın sədri və layihə rəhbəri Şamil Sabirzadənin sözlərinə görə layihədə əsas məqsəd inkluziv cəmiyyət yaratmaqdır.

Layihə əsasən sağlam həyatın təbliğinə yönəldiyi üçün təlimlərin 1-ci günü gənclərə motivasiya olsun deyə 3qat Dünya, 4qat Avropa çempionu, Parataekwondoçu, Əməkdar idman ustası Aynur Ağayeva, təlimlərin 2-ci günü isə Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, İctimai xadim Aqil Acalov gənclərlə görüşdü.

Eyni zamanda iki gün məktəbin psixoloqu Günəş Əlizadə gənclərdə  “Sağlam həyat tərzinin təbliği”, “Psixi sağlamlıq”, “Sağlamlığı qorumaq, gigiyena qaydalarına düzgün əməl etmək”, “Stress, ondan qorunmağın yolları” haqqında müzakirələr apardı. 
Bütün proses təşkilatın jest dili təlimçisi və tərcüməçi Könül Quliyeva tərəfindən jest dilinə tərcümə olundu.



Xəbər xətti